27.03.2019 14:44
483


"Azərbaycan və Macarıstanla oyunlar bizə dərs olmalıdır. Bu, bir daha göstərdi ki, keçmişlə yaşamamalıyıq". Bu sözləri Xorvatiya millisinin üzvü Deyan Lovren ölkəsinin mətbuatına açıqlamasında deyib. "Avro-2020"nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlardakı nəticələri şərh edən 29 yaşlı müdafiəçi son dünya çempionatının finalçısı kimi oynamadıqlarını bildirib: "Hər iki matçda dünya çempionatında sərgilədiyimiz oyunu oynaya bilmədik. Xoşbəxtlikdən vəziyyəti düzəltmək üçün qarşıda kifayət qədər oyunlarımız var". Qeyd edək ki, seçmə mərhələnin ilk turunda millimiz üzərində çətin qələbə (2:1) qazanan Xorvatiya yığması 3 gün sonra səfərdə Macarıstana 1:2 hesabı ilə uduzub.(Qol.az)