çərşənbə, 09 iyul 2025

BİZİM FUTBOL

Millimiz ilk oyunda darmadağın oldu

28.03.2019 09:54 Oxundu 519

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası Kiprlə qarşılaşıb.  Cempion.az xəbər verir ki, Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyunda rəqib 7:1 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Hüseyn Qarayev fərqlənib. Qrupda keçirilmiş digər oyunda isə Hollandiya futzalçıları Sloveniya yığmasını məğlub edib - 5:4. Yığmamız qrupda növbəti oyununu martın 28-də, saat 19:30-da Hollandiya komandasına qarşı keçirəcək. Oyunu Damian Jaruchievicz (Polşa), Marko Rothenfluh (İsveçrə) və Yuri Neverov (Rusiya) idarə edəcək.