1660
Fransada keçirilən Avropa çempionatının final oyununda Fransanın qapısına vurduğu qolla Portuqaliyanın əfsanəsinə çevrilmiş Eder ailə faciəsindən söz açıb: "Atam indi həbsxanadadır. O, həbs olunanda 12 yaşım var idi. Atam ögey anamın ölümündə təqsirli bilinib. Deyəsən, o, 16 il azadlıqdan məhrum edilib. İndiyə qədər mən "Akademik"dəyəm və artıq pul qazanmağa başlamışam. Mənim İngiltərəyə getmək və onu yoluxmaq imkanım var. Mən hər məzuniyyət zamanı atamın yanına gedirəm".
Qeyd edək ki, Portuqaliya - Fransa oyununun taleyinə əlavə olunmuş vaxtda aydınlıq gəlib. Matçın 109-cu dəqiqəsində 9 nömrəli oyunçu Ederin zərbəsi dəqiq olub. Bu qol qarşılaşmada yeganə olub və bununla da Portuqaliya millisi tarixində ilk Avropa çempionu olub. Portuqaliya millisi qitə çempionluğunu bayram edib.
Əsl adı Ederzito Antonio Macedo Lopez olan futbolçu Eder kimi tanınır. O, 22 dekabr 1987-ci ildə Portuqaliyanın keçmiş müstəmləkəsi olan Qvineya Bisaunun paytaxtı Bisauda dünyaya gəlib. Uşaq yaşlarından Portuqaliyaya köçən Eder 11 yaşından başlayaraq "Ademia"da top qovmağa başlayıb. Professional kariyeriyasına 24 avqust 2008-ci ildə "Academica"da başlayan Eder burada keçirdiyi 83 oyunda 12 qol vurub. 2012-ci ildə "Braqa"ya transfer olunan Eder uğurlu çıxışını burada da davam etdirib. "Braqa"nın heyətində keçirdiyi 60 oyunda 26 dəfə fərqlənməyi bacaran Eder 2015-ci ildə İngiltərə Premyer Liqasında kariyerasını davam etdirib.
Eder "Svonsi Siti"də uğur qazana bilməyib. O, 13 oyunda cəmi bir dəfə qol vura bilib.
Eder 2016-cı ildə Fransanın "Lill" komandasına transfer olunub.
Eder milli komandada 2012-ci ildən çıxış edir. O, millidə ilk debüt oyununu 2014-cü il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan qarşı keçirib. Portuqaliyalıların 3:0 hesabı ilə qalib gəldiyi matçın əlavə dəqiqələrində meydana çıxan Eder, meydanı qol vurmadan tərk edib. Ümumilikdə isə Eder millidə keçirdiyi 29 oyunda 4 qol vurub.
Fransaya vurduğu qələbə qolu ilə Eder tarixə düşməyi bacardı.
Qeyd edək ki, 1.90 boyu olan futbolçu hücumçu mövqeyində çıxış edir və hər iki ayağı ilə sərrast zərbələrə malikdir. Onun dəyəri 5 milyon avrodur.