16.07.2016 05:17
1835
1835
İspaniya çempionatında 2016/17 mövsümünün təqvimi açıqlanıb. Avqustun 21-də startı veriləcək La Liqanın ilk turunda son çempion "Barselona" öz meydanında "Betis", Madrid "Real"ı isə səfərdə "Real Sosyedad"la üz-üzə gələcək. Hamının maraqla gözlədiyi "el klasiko" 14-cü turda baş tutacaq. "Barselona" və "Real" arasında ilk oyun dekabrın 4-də, "Nou Kamp"da olacaq. Bu komandalar arasında "Santyaqo Bernabeu"dakı oyun isə 33-cü turda, gələn il aprelin 23-də keçiriləcək.
Mövsümə gələn il mayın 21-də yekun vurulacaq.