çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Addım-addım irəli

16.07.2016 13:42 Oxundu 1691

FİFA milli komandaların növbəti reytinqini avqustun 11-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, həmin vaxtadək yığmaların iştirakı ilə keçiriləcək matçların sayı az olduğundan indidən qarşıdakı cədvəllə təxmini görünüşü bəllidi.

Avropalı həmkarlarımızın açıqladığı bu siyahıda Azərbaycan millisi 1 pillə irəliləyib. Hesabında 253 xal olan komandamız bu cədvəldə 136-cı yerdə qərarlaşıb. Son cədvəlfə də 1 pillə irəliləyən Robert Prosineçkinin yetirmələri addım-addım mövqeyini yaxşılaşdırmaqda davam edir.

Millimiz gələn ay açıqlanacaq FİFA reytinqində Kuba və Salvadoru arxada qoymuş olacaq. Əvəzində eyni xala malik olduğumuz Anqolanın yığmamızı keçməsi 2 deyil, 1 pillə irəliləməyimizə səbəb olacaq.

Dünyanın 14-cü “onluğ”u

131 (134). Kurasao – 261

132 (127). Anqola – 259

133 (130). Niger - 257

134 (135). Filippin – 256

135 (136). Farer adaları – 254

136 (137). AZƏRBAYCAN – 253

137 (125). Salvador - 244

138 (139). Dominika Respublikası – 243

138 (139). Makedoniya - 243

138 (139). Vyetnam - 243

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik gözlənilmir. Təxmini siyahıda bütün komandalar və xalları 2 gün öncəki rəsmi cədvəllə eynidi.

İlk “onluq”

1 (1). Argentina – 1585

2 (2). Belçika – 1401

3 (3). Kolumbiya – 1331

4 (4). Almaniya – 1319

5 (5). Çili – 1316

6 (6). Portuqaliya – 1266

7 (7). Fransa – 1189

8 (8). İspaniya – 1165

9 (9). Braziliya – 1156

10 (10). İtaliya – 1155

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Şimali İrlandiya və San-Marinonun mövqeyi dəyişməyəcək. Çexiya ilə Norveçin 1 pillə gerilədiyi proqnozlaşdırılan cədvəl onların gələn ayda eyni aqibəti yaşayacağını göstərir.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

4 (4). Almaniya – 1319

28 (28). Şimali İrlandiya - 822

34 (33). Çexiya - 768

50 (49). Norveç - 588

200 (200). San-Marino – 20

Qeyd edək ki, qonşu Türkiyə yığması həm sonuncu, həm də növbəti ay üçün ehtimal olunan cədvəldə Macarıstanla birlikdə 19-cu yerə şərikdi. “Ay-ulduzlular” 915 xala malikdi.