28.03.2019 14:02
485


"Bayer Münhen"in avstriyalı futbolçusu David Alaba karyerasını İspaniyada davam etdirə bilər. Cempion.az " France Football"-a istinadən xəbər verir ki, "Barselona" sol cinah müdafiəçisini heyətinə qatmaq istəyir. Kataloniya təmsilçisi oyunçu üçün "Bayer Münhen"lə danışıqlara başlayıb. Alabanın öz də "Barselona"ya keçməyə müsbət baxır. Klublar arasında razılıq əldə olunacağı halda David Alaba gələn mövsümdən "Barselona"da çıxış edəcək.