çərşənbə, 09 iyul 2025

DÜNYA FUTBOLU

Kapello: "Ronaldu görkəmli futbolçu, Messi isə dahidir"
 

28.03.2019 18:47 Oxundu 753

İtaliyalı futbol mütəxəssisi Fabio Kapello Lionel Messi və Kristiano Ronaldonun futbol həyatına  münasibət bildirib. 72 yaşlı İtalyan mütəxəssis bitmək bilməyən "Messi yoxsa Ronaldu?" mübahisəsində argentinalı futbolçunun tərəfindədir. "Ronaldo görkəmli futbolçu, Messi isə dahidir. Futbolda yalnız üç dahi var: Pele, Maradona və Messi. Ronaldo çox güclüdür, komandasının titul qazanmasına kömək edir. Ancaq Messi adında bir dahi var. O futbolda hər şey edir. Ronaldo çempion oldu, amma bu onu dahiyə çevirmədi", Kapello, Futbol Italia nəşrinə şərhində bildirib.