29.03.2019 10:03
671

İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı başlanıb. Cempion.az xəbər verir ki, yarışın ilk günündə 75 kq çəki dərəcəsində mübarizəyə qoşulan millimizin üzvü Rafael Ağayev yarımfinal da daxil olmaqla qarşıladığı bütün rəqiblərinə qalib gələrək adını finala yazıdırb. R.Ağayevin həlledici görüşü şənbə günü (30 mart) baş tutacaq. Onun finaldakı rəqibi italiyalı idmançı Luici Busa olacaq.