çərşənbə, 09 iyul 2025

BİZİM FUTBOL

"Qəbələ" çempionu oldu

29.03.2019 15:45 Oxundu 538


“Qəbələ” U-16 Liqasının çempionu olub. Cempion.az klubun saytına istinadən xəbər verir ki, bu, yarışın XXIII turunda rəsmiləşib. Səfərdə İsgəndər Cavadov BFA ilə görüşən “qırmızı-qaralar” rəqib meydanında 6:0 hesablı qələbə qazanıb. Qələbədən sonra komandamız xal hesabını 61-ə çatdırıb. Liderin ən yaxın izləyicisi “Sabah”ın turu xal itkisi ilə başa vurması qızıl medalların taleyinə aydınlıq gətirib. “Sumqayıt”la qarşılaşmada 1:1 hesablı heç-heçə edən bakılıların aktivindəki xal sayı 52-yə yüksəlib. Nəticədə yarışın sonuna 3 tur qalmış “Qəbələ” ilə izləyicisi arasında xal fərqi 9-a çatıb. Şəxsi oyunlarda (1:0, 2:1) paytaxt təmsilçisini üstələyən “qırmızı-qaralar” izləyiciləri üçün əlçatmaz olub və çempion titulunu təmin edib. Xatırladaq ki, bu, “Qəbələ”nin cari mövsümdə qazandığı ikinci tituldur. U-16-dan əvvəl U-19 komandası da Azərbaycan çempionu adına yiyələnib