çərşənbə, 09 iyul 2025

BİZİM FUTBOL

Roberto Bordin: "Qazandığımız penalti hədiyyə kimi oldu"

31.03.2019 12:26 Oxundu 606


"Bizi çətin oyun gözlədiyini bilirdik. Səbəb kimi göstərmək istəməzdim, amma meydança amili hər iki komandaya mənfi təsir etdi".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 22-ci turunda "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Matçın sonlarında qazandığımız penalti sərgilədiyimiz futbola baxanda hədiyyə kimi oldu. Meydançanın pis olması çətinlik yaradırdı. Topla oynamaq ağır olurdu. Buna rəğmən, ədalətli penalti qazandıq və qələbə topunu vurduq" - deyə o bildirib.

İtaliyalı mütəxəssis hücumçu Mirbadulla Abbasovun həvəssiz görünmədiyini vurğulayıb: "Mirabdullanın komandaya xeyri dəydi. Hətta qol vurmaq şansı da var idi".

Baş məşqçi aprelin 1-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu barədə fikir bildirmək istəməyib. O, ən yaxın izləyiciləri olan Ağdam təmsilçisinin deyil, öz oyunlarını düşündüklərini vurğulayıb. (Qol.az)