çərşənbə, 09 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona" hücum xəttini gücləndirir

02.04.2019 10:43 Oxundu 477

"Barselona" yayda heyətinə daha bir futbolçu cəlb etməyi düşünür.
Cempion.az qol.az-a istinadla xəbər verir ki, Kataloniya klubu "Valensiya"nın hücumçusu Rodriqo ilə maraqlanır. "Barsa"nın  yaxın günlərdə 28 yaşlı oyunçu üçün danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Rodriqo bu mövsüm La Liqada 26 matçda 5 qol vurub, eyni sayda qolun ötürməsini verib.