çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Kəpəz”in minimal şansı: 9-dan yalnız biri

16.07.2016 13:44 Oxundu 1713

Avropa Liqasının II təsnifat mərhələsinin səfərdə baş tutan ilk oyununda Avstriyanın “Admira” klubuna 0:1 hesabı ilə uduzan “Kəpəz”in raundu keçmək şansları minimuma bərabərdi. Apasport.az saytının məlumatına görə, evdəki matçda 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmalı olan Azərbaycan klubları 9 cəhddən yalnız birində uğur qazanıb.

Bunu da “Qəbələ” gerçəkləşdirib. Təmsilçimiz Serbiyada uduzduğu “Çukariçki”yə cavab matçında 2 qol vurub.

Digər klublarımız üçün isə 0:1 hesablı yenilgi keçilməz sayılır. Əvvəlki 8 uğursuzluqdan ikisi elə “Kəpəz”in öz hesabındadı. Qərblilər 1999-cu ildə “Sloqa Yuqomaqnat”ı evdə udsa da, 2:1 hesabı mərhələ keçməyə kifayət etməyib. 1997-ci ildə isə Latviyada qalib gələn “Dinaburq” Bakıda da eyni hesaba sevinib.