bazar ertəsi, 01 sentyabr 2025

DÜNYA FUTBOLU

"Şalke 04" "Qalatasaray"ın futbolçusunu heyətinə qata bilər

02.04.2019 14:39 Oxundu 579

"Qalatasaray"ın əlacəzairli futbolçusu Sofian Fequli mövsümün sonunda komandadan ayrıla bilər. Cempion.az xəbər verir ki, yarımmüdafiəçi üçün "Şalke 04" "cimbom"a 14 milyon avro təklif edib. Klub rəhbərliyi təklifi qəbul edəcəyi təqdirdə Fequli növbəti mövsümdən Bundesliqada çıxış edəcək.