03.04.2019 17:43
752


İrlandiyalı döyüşçü Konor Makqreqor dağıstanlı idmançı Həbib Nurməhəmmədovu "Twitter" sosial şəbəkəsində təhqir edib, lakin sonradan paylaşımı silib.
Cempion.az xəbər verir ki, K. Makreqor dağıstanlı döyüşçünün həyat yoldaşını dəsmal adlandırıb. O yazıb: "Oğlan, sənin arvadın dəsmaldır". İrlandiyalı paylaşımına H. Nurməhəmmədovun üzü ağ niqabla örtülü olan həyat yoldaşı ilə birgə şəklini əlavə edib. Məlumatın silinməsinə baxmayaraq, H. Nurməhəmmədovun agenti Əli Əbdüləziz ona cavab verməyə macal tapıb. O bildirib ki, K. Makreqor başqa dini və inancı ələ salaraq 1,55 milyard müsəlmanı təhqir edib.
