04.04.2019 17:41
704


Türkiyənin II liqa təmsilçisi "Manisapor" futbol klubu bu günə kimi müxtəlif turnirlərdə qazandığı bütün kubokları satıb.
Cempion.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, "Manisaspor" ət məhsulları aldığı marketin Ahmet Kibar adlı qəssabına 161 min lirə borcu olduğu üçün bütün kuboklarını hərraca çıxarıb. Hərracın tək iştirakçısı olan A. Kibar isə klubun 22 kubokunu 59,450 lirəyə alıb. Klub prezidenti Bülent Baygeldi məsələ ilə bağlı bunları deyib: "Qəssab kubokları nə edəcək çox maraqlıdır?! Evinə qoyub mən bu kubokları qazandımmı deyəcək?".