05.04.2019 11:17
584
584

Hollandiyanın "Villem II" klubu erməni futbolçu Aras Özbilizlə icarə müqaviləsini pozub.
Cempion.az qol.az saytına istinadən xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin intizamsız hərəkəti səbəb olub. O, "Fortuna Siddard"a 3:2 hesabı ilə qalib gəldikləri oyunda meydana əvəzetmədən daxil olmaq istəməyib. Klub rəhbərliyi isə onu müqavilə ilə məxsus olduğu "Beşiktaş"a geri göndərib.
Qeyd edək ki, Özbiliz bu mövsüm 17 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.