05.04.2019 11:45
550


İtaliya millisinin baş məşqçisi Roberto Mançini yeni mükafata layiq görülüb.
Cempion.az “qol.az”a istinadla xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Bildirilir ki, Mançini 2011-ci ildən bəri təsis olunan və ilin ən yaxşı məşqçisinə təqdim edilən Enso Bearzota adına mükafatın sahibi olub.
Qeyd edək ki, İtaliyada 2018-ci ilin ən yaxşı məşqçisi adına “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperini və “Milan”ın baş məşqçisi Cennaro Qattuzo da namizəd idi.