çərşənbə, 09 iyul 2025

BİZİM FUTBOL

Azərbaycanlı futbolçuya hökm oxundu - bıçaqlamaqda təqsirləndirilir

08.04.2019 12:01 Oxundu 537


Rəfiqəsini kürəyindən bıçaqlamaqda təqsirləndirilən futbolçu Samirə Kurdyukovaya hökm oxunub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin hökmü ilə S.Kurdyukovanın cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməsinə qərar verilib. İstintaq zamanı da həba edilməyən Kursyukova azadlıqda qalıb.

İttihama görə, "Neftçi" Futbol Klubunun yarımmüdafiəçisi olan S.Kurdyukova Buzovna qəsəbəsində mübahisə etdiyi rəfiqəsi, 1997-ci il təvəllüdlü Fazilə İbrahimovanı kürək nahiyəsindən bıçaqlayıb.

S.Kurdyukova 2014-cü ildə keçirilən yeniyetmə qızlar arasında futbol turnirində "Neftçi"nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb. (Qafqazinfo)