şənbə, 30 avqust 2025

DÜNYA FUTBOLU

Yurgen Klopp rəhbərlikdən braziliyalı futbolçunun alınmasını istədi

08.04.2019 14:23 Oxundu 513

"Liverpul" əzəli rəqibi "Everton"dan trasnfer etməyə hazırlaşır. Cempion.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp rəhbərlikdən "Everton"da çıxış edən braziliyalı hücumçu Riçarilsonun komandaya alınmasını tələb edib. Yurgen Klopp oyunçunun meneceri ilə görüşüb və razılıq əldə edib. Klublar arasında razılıq əldə olunacağı təqdirdə Riçarilson növbəti mövsümdən etibarən Kloppun rəhbərliyi altında çıxış edəcək. "Everton" klubu futbolçunun sərbəstqalma dəyərini 70 milyon funt sterlinq təyin edib.