08.04.2019 14:43
867

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb. Cempion.az xəbər verir ki, yarışın ilk günündə mübarizəyə qoşulan sərbəst güləşçimiz Hacı Əliyev erməni rəqibinə qalib gələrək 1/4 finala yüksəlib. Digər pəhləvanımız Ağahüseyn Mustafayev dünya və Avropa çempionu olmuş Ermənistan təmsilçisinə tam üstünlüklə qalib gələrək adını yarımfinala yazdırıb.