09.04.2019 15:49
527


İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqası, XXIII tur
“Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur
Oyunun 90-cı dəqiqəsində “Zirə” klubunun 38 №-li futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur Oyun başa çatdıqdan sonra “Zirə” klubunun 1 №-li futbolçusu Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
Matçının ikinci hissəsi “Neftçi” klubunun səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığı üçün klub 2400 manat cərimə olunur. Matç başa çatdıqdan sonra “Neftçi” klubunun mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq.
I Divizion, XXI tur
“Neftçi-2” – “Ağsu” matçının 64-cü dəqiqəsində “Ağsu” klubunun 5 №-li futbolçusu Kənan Əşrəfli sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Qaradağ Lökbatan” – “Sumqayıt-2” matçında “ Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə klub 80 manat cərimə olunur.
“Zaqatala” – “Səbail-2” matçında “Səbail-2” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 44-cü dəqiqəsində “Səbail-2” klubunun 99 №-li futbolçusu Jarjue Maudo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun başa çatdıqdan sonra “Səbail-2” klubunun 38 №-li futbolçusu Rubin Seyidov hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır klub 400 manat cərimə olunur.
“Sabah-2” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 67-ci dəqiqəsində “Şüvəlan” klubunun baş məşqçisi Adil Şükürov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.