09.04.2019 16:09
936


“Səbail” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”-nın adı dəyişdirilir. Stadion fəaliyyətini bundan sonra “ASCO Arena” adı ilə davam etdirəcək. Bununla bağlı “Səbail” PFK, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.