çərşənbə, 09 iyul 2025

DÜNYA FUTBOLU

Pele xəstəxanadan çıxdı

09.04.2019 16:24 Oxundu 604


Dünya futbolunun əfsanəsi, üçqat dünya çempionu Pele müalicə aldığı Paris xəstəxanasından evə buraxılıb.  Göstərilən dəstəyə görə azarkeşlərinə təşəkkür edən Pele bildirib ki, Fransada yalnız böyük futbolçular deyil, həm də mükəmməl həkimlər yetişir.

Qeyd edık ki, dünya futbolunun əfsanəsi beş gün ərzində Parisdəki Amerika xəstəxanasında ürək-damar problemləri ilə əlaqədar müalicə alırdı.  Pele tezliklə evinə yollanacağını, lakin müalicə ilə əlaqədar yenidən Parisə qayıdacağını bildirib.