09.04.2019 17:11
1861


Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
79 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Gürcüstan, Almaniya və Belarusdan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz rusiyalı Ahmed Hacımaqomedov ilə qarşılaşmalı olsa da, rəqib zədə səbəbindən həlledici görüşə çıxa bilməyib.
Cəbrayıl Həsənov buna qədər 2010-cu və 2011-ci illərdə də Avropa çempionu olub.