çərşənbə, 09 iyul 2025

DÜNYA FUTBOLU

Kasımpaşanın hazırkı futbolçusu “ən yaxşı afrikalı futbolçu” seçildi

10.04.2019 14:26 Oxundu 609

Türkiyə superliqasında mübarizə aparan Kasımpaşa Futbol Klubunun 24 yaşlı misirli futbolçusu Mahmud Trezeqe nüfuzlu “France Football” jurnalı tərəfindən ötən ayın ən yaxşı afrikalı futbolçusu seçilib.
Cempion.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fransada yayımlanan jurnal hər ay “ayın ən yaxşı afrikalı futbolçusu” müsabiqəsi keçirir. Mahmud Trezeqe bu ada layiq görülməklə Liverpulun ulduzu Məhəmməd Salah, Sadio Mane, Abumeyanq, Əhməd Musa və Bakambu kimi futbolçuları qabaqlayıb.
Qeyd edək ki, Kasımpaşa klubunun heyətində Trezeqe bu mövsüm 8 qol atıb və 8 məhsuldar ötürmə edib.