11.04.2019 14:32
530


Milli komandamızın üzvü Dmitri Nazarov karyerasını İtaliyada davam etdirməyə yaxındı.
Yeniavaz.com fanat.Az-a istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi "Aue"nin formasını geyinən hücumu hazırda B Seriyasında çıxış edən "Peskara"ya keçməyə hazırlaşır.
Məlumata görə, klubla futbolçu arasında danışıqlar yekunlaşmaq üzrədi. Yeganə problem Nazarovun "Aue" ilə 2021-ci ilin yayınadək müqaviləsinin olmasıdı. Almaniya klubunun onun üçün 600 min avro tələb edəcəyi deyilir.
Qeyd edək ki, "Peskara" bu mövsüm A Seriyasına çıxmağı hədəfləyir. Komanda B Seriyasının XXX turunda 48 xal toplayıb və "Verona" ilə 5-6-cı pillələri bölüşür. B Seriyasından iki komanda birbaşa A Seriyasına vəsiqə qazanacaq. Üçüncü vəsiqənin sahibi isə 3-8-ci yerləri tutan komandalar arasındakı pley-off oyunlarından sonra müəyyənləşəcək.