11.04.2019 15:14
528


"Atletiko Madrid"in futbolçusu Dieqo Kosta mövsümü erkən başa vurub. Cempion.az xəbər verir ki, hücumçu La Liqanın 31-ci turunda "Barselona" ilə görüşdə aldığı qırmızı vərəqəyə görə İspaniya Futbol Federasiyası tərəfindən 8 oyunluq cəza alıb. Dieqo Kosta "Barselona" ilə görüşdə hakimi təhqir etdiyi üçün qırmızı vərəqə almışdır. Qeyd edək ki, La Liqanın bitməsinə 7 həftə qalıb.