11.04.2019 15:55
486


“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXIII turunun ən yaxşı futbolçusu məlum olub. Bu, “Neftçi”nin üzvü Baqali Dabodur. Fransız oyunçu “Zirə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən Baqali Dabo turun ən yaxşı indeksə malik futbolçusudur.