çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

Azərbaycanlı futbolçu amerikalının burnunu sındırmasından danışdı

12.04.2019 12:09 Oxundu 556

Moskva "Spartak"ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev amerikalının burnunu sındırdığı hadisə barədə bəyanat verib.

Cempion.az Rusiya KİV-ə istinadla xəbər verir ki, futbolçu günahını etiraf edib.

O bildirib: "Mən özümü aqressiv apardım və günahımı etiraf edirəm. Bir daha xəsarət alan öz üzrxahlığımı çatdırıram".

A. Quliyev doğma klubundan da üzr istəyib: "Məni tamamilə digər prinsiplərlə yetişdirən doğma klubumundan üzr istəyirəm. Və hazırda qarşılarında çox utandığım "Spartak" azarkeşlərindən də üzr istəyirəm. Bu hadisə mənim üçün bütün həyatım boyu dərs olacaq". 

Xatırladaq ki, A. Quliyev aprelin 10-da idarə etdiyi "Mercedes"avtomobili ilə piyadaları buraxmayıb və 29 yaşlı ABŞ vətəndaşı Maykl Kou Con Elinə toxunub. Bundan sonra tərəflər arasında dava baş verib. Amerikalıda burun sümüklərinin sınığı diaqnozu qoyulub.