çərşənbə, 09 iyul 2025

DÜNYA FUTBOLU

"Fənərbağça" - "Qalatasaray" derbisi ilə bağlı MARAQLI FAKTLAR

12.04.2019 15:29 Oxundu 619

Aprelin 14-ü Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində "Fənərbağça" - "Qalatasaray" matçı keçiriləcək.

Cempion.az Türkiyə KİV-ə istinadla İstanbul derbisi ilə bağlı maraqlı faktları təqdim edir:
1.  "Qalatasaray"  sonuncu dəfə "Fənərbağça"nı  öz meydançasında 1999-cu ilin dekabrın 22-də 2-1 hesabı ilə məğlub edib.
2.  20  ildir Kadıköydə qələbə üzünə həsrət qalan "cimbom" bu müddət ərzində 7 klub prezidenti və 9 baş məqçi dəyişib.
3.  Sonuncu 1999-cu il qələbəsi zamanı "Qalatasaray"ın baş məşqçisi Fatih Terim olub.
4. "Qalatasaray" son 20  ildə  heyətinə qatdığı ulduz futbolçular da "Fənərbağça"nın meydanında qalibiyyət üzünə həsrət qalıblar. Bunlar: Didye Droqba, Uesli Sneyder, Frank Riberi, Lukas Podolski, Fərid Mondraqon, Haim Revivo, Riqobert Sonq, Stepan Tomas, Milan Baroş, Fernando Muslera, Şabani Nonda, Mario Jardel, Kassio Linkoln, Abdul Kader Keita, Elano Blumer, Harri Kyuel, Emmanuel Eboue, Felipe Melo, Yohan Elmander, Bafetimbi Qomis, Arda Turan, Ümit Karan, Abdullah Ercan, Umut Bulut, Selçuk İnan, Necati Ateş, Burak Yılmaz və Hamit Altıntopdur.