cümə, 19 aprel 2024

GÜLƏŞ

Güləşçimiz ermənini udub, 1/4 finala çıxdı

13.04.2019 15:28 Oxundu 582


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.

Cempion.az Qol.az-a istinadla xəbər verir ki, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.

60 kq-da yarışan Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi poşalı David Andrey Ersetiç olacaq.

67 kq çəki dərəcəsində güləşən Kamran Məmmədov 1/8 final mərhələsində Danimarka idmançısı Fredrik Holmquist Byerrehuusla üz-üzə gəlib. 5:0 hesablı qələbə qazanan güləşçimiz 1/4 finala adlayıb. O, bu mərhələdə serbiyalı Mate Nemeslə qarşılaşacaq.

72 kq-da mübarizəyə təsnifat mərhələsindən start verən Ülvi Qənizadə ilk görüşünü Moldovadan Anatoli Popova qarşı keçirib və inamlı qələbə qazanıb - 9:0. İdmançımız 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə güləşəcək.

82 kq-da mübarizə aparan Rafiq Hüseynovun 1/8 finaldakı rəqibi macarıstanlı Peter Naqi olacaq.

Orxan Nuriyev də (97 kq) mübarizəyə 1/8 finaldan başlayıb. Güləşçimiz bu mərhələdə Ermənistan idmançısı Artur Şahinyanla qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən pəhləvanımız adını 1/4 finala yazdırıb.