cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

17 yaşlı azərbaycanlı futbolçunun rekordu

15.04.2019 14:36 Oxundu 523

Azərbaycan futbolunun cari mövsümündə yeni rekord qeydə alınıb. "Səbail"-"Neftçi" qarşılaşmasının 76-cı dəqiqəsində meydana çıxan 17 yaşlı Ədilxan Qarəhmədov 5 dəqiqə sonra "Səbail"in bərabərlik qolunu vurub. Bununla da Ədilxan Qarəhmədov cari mövsümdə qola imza atan ən gənc futbolçu kimi Azərbaycan futbolu tarixinə düşüb.
PFL-in rəsmi saytı bildirir ki,  futbolçu bu qol sevincini 17 yaş 313 günlüyündə yaşayıb. 2001-ci il iyunun 5–də anadan olan gənc oyunçu mövsümün rekordunu 2 il 79 gün yaxşılaşdırıb. Bu matçadək rekord 20 yaş 27 günlüyündə qol vuran Anton Krivotsyuka məxsus idi. “Neftçi”nin futbolçusu “Keşlə”ylə 2018-ci il sentyabrın 16-da keçirilən görüşündə rəqib qapısına yol tapmışdı.