çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Ter-Stegen: "Çempionlar Liqasında hər şey ola bilər".

15.04.2019 19:11 Oxundu 715
 
"Barselona"nın qapıçısı Mark-Andre Ter Stegen Çempionlar Liqasının 1/4 finalının"Mançester Yunayted"lə cavab qarşılaşması ərəfəsində fikirlərini açıqlayıb.
- Biz özümüz kimi qələbəyə ac bir komanda ilə qarşılaçacağıq. "MY" rəqib meydanıçasında qol vurmağı bacaran komandadır. Bizim üstünlüyümz isə cüzidir. Hər iki matçda belə qürurlu rəqib üzərində üstünlüyümüzü sübut etmək istəyirik. Çempionlar Liqasında hər şey ola bilər, yalnız son üç mövsümi xatırlayın. Biz "MY" -dən güclü olduğumuzu göstərmək istəyirik və bunun üçün yenə qələbə qazanmaq, yaxşı futbol göstərmək lazımdır. Bəli, biz bir il əvvəl məğlub olduq, amma  bu ssenarini təkrarlamaq istəmirik. Düşünürəm ki, qalib gələ biləcəyik, üstəlik biz azarkeşlərimizin əhatəsində oynayacağıq, -UEFA-nın mətbuat xidməti Ter Stegendən sitat gətirir.