çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

Klub prezidentidən açıqlama: "Mbappeni alacaq qədər pulumuz yoxdur"

16.04.2019 14:01 Oxundu 553

Son zamanlar adı dünyanın aparıcı klubları ilə hallanan PSJ-nin gənc futbolçusu Kilyan Mbappenin bir neçə gün idi "Bayer Münhen"in transfer siyahısında olduğu xəbəri yayılmışdı. Cempion.az xəbər verir ki, "Bayer Münhen"in prezidenti Uli Hoeness bu transfer xəbərinə aydınlıq gətirib. O, qeyd edib ki: "Əlimdə olsa Mbappeni bu dəqiqə alaram. O, həqiqətən möhtəşəm futbolçudur. Ancaq Mbappeni alacaq qədər pulumuz yoxdur".