16.04.2019 14:45
637


İtaliyanın "İnter" klubu yay transfer pəncərəsində heyətini gücləndirmək üçün çalışmalara başlayıb. Cempion.az xəbər verir ki, İtaliya təmsilçisinin ilk hədəfi "Mançester Siti"nin türk əsilli almaniyalı futbolçusu İlkay Gündoğandır. Klub rəsmiləri İ.Gündoğanla danışıqlar aparır. Maddi mövzularda razılıq əldə olunacağı təqdirdə Gündoğan gələn mövsümdən "İnter"in şərəfini qoruyacaq. Təcrübəli yarımmüdafiəçinin İngiltərə klubu ilə yeni müqavilə imzalamaması bu keçidi daha da asanlaşdıracaq.