çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

AFFA dörd klubu cərimələdi Monroza cəza verilmədi

16.04.2019 16:17 Oxundu 747

AFFA-nın intizam komitəsinin iclası keçirilib. Cempion.az affa.az-a istinadən xəbər verir ki, komitə Topaz Premyer Liqanın 24-cü turunda qeydə alınan qayda pozuntularına görə klubları cərimələyib.
13 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  Topaz  Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Sabah” matçında  “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 14 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Topaz  Premyer Liqasının 24-cü turunun “Səbail” – “Neftçi” matçında  “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Səbail” klubunun 1 №-li futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub  1600 manat cərimə olunub. Futbolçuya verilmiş 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində  futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir. 14 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  Topaz  Premyer Liqasının 24-cü turunun “Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunub. Qeyd edək ki, "Qəbələ"nin futbolçusu Stiven Monroz isə sözügedən oyunda etdiyi hərəkətə görə cəzalanmayıb.