çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

ÇL-də 1/4 finalın cavab qarşılaşmalarının NƏTİCƏLƏRİ - "Ayaks" "Yuventus"u da mübarizədən kənarlaşdırdı

17.04.2019 09:16 Oxundu 486

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib. İlk oyun günündə "Barselona" doğma meydanda "Mançester Yunayted"i, "Yuventus" isə İtaliyada "Ayaks"ı qəbu edib. Cempion.az xəbər verir ki, "Barselona" "Nou Kamp"da baş tutan matçdan 3-0 hesablı qələbə ilə ayrılıb. İki oyunun nəticəsinə əsasən Kataloniya təmsilçisi adını yarımfinala yazdırıb. "Barselona" "Mançester Yumayted"i İngiltərədə keçirilən ilk oyunda 0-1 hesabı ilə məğlub etmişdi.
Hollandiyada 1-1 hesabı ilə yekunlaşan matçın cavab qarşılaşmasında favorit "Yuventus" göstərilsə də özlərini qonaq kimi aparmayan "Ayaks" rəqibini 1-2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
"Barselona" 3 - 0 "Mançester Yunayted"
Qollar:Messi 16, 20, Koutinyo 62
İlk oyun: 1- 0
"Yuventus"1- 2 "Ayaks"
Qollar: K. Ronaldo, 28, van de Bek, 34, de Lixt, 67
İlk oyun: 1-1