17.04.2019 17:50
702


Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında rekordlara doymayan Messinin karyera statistikasına daha bir göstərici əlavə olunub. Cempion.az xəbəbr verir ki, komandasının 3-0 qalib gəldiyi oyunda dubl edən Messi bu turnirdə "qırmızı şeytanlar"ın qapısına 4-cü qolunu vuraraq "Mançester Yunayted"in qapısına ən çox qol vuran futbolçular siyahısına daxil olub. Qeyd edək ki, Çempionlar Liqasında "Mançester Yunayted"in qapısına "Rea Madrid"in əfsanəvi futbolçusu Raul Qonzales və "Fənərbağça"nın futbolçusu Tuncay Şanlı 4 qol vurmağı bacarıb.