18.04.2019 09:25
562


Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. İkinci oyun günü "Mançester Siti" "Tottenhem" və "Porto" "Liverpul" görüşləri ilə yadda qalıb. Cempion.az xəbər verir ki, "Etihad Arena"da "Tottenhem"i qəbul edən "Mançester Siti" 4-3 hesbalı qələbə qazansa da iki oyunun nəticəsinə əsasən turnirlə vidalşmalı olub. İlk oyunda Londonda 1-0 hesabı ilə qalib gələn "Tottenhem" rəqib meydanında vurduğu qollara görə adını yarımfinala yazdıra bilib. Digər yarımfinalçı isə "Porto"nu mübarizədən kənarlşadıran "Liverpul" olub. İngiltərə təmsilçisi doğma meydanda 2-0 rəqib meydanında isə 1-4 hesablı qələbə qazanıb. Qeyd edək ki, yarımfinal görüşlərində "Liverpul" və "Barselona", "Ayaks" və "Tottenhem" üz-üzə gələcəklər. Yarımfinal matçları aprelin 30-da baş tutacaq.