18.04.2019 11:19
569


"Mənim işim idman klubu qurmaq deyil".
Cempion.az xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu jurnalistin "Medipol Başakşəhər" klubuna dəstək olacaqsınızmı?" sualına cavab verərkən deyib.
O bildirib: "İstanbulda bələdiyyə sədriyəm. Dünyanın ən şanslı adamıyam. İstanbulda 1903-cü ildə qurulmuş "Beşiktaş", 1905-ci ildə qurulmuş "Qalatasaray", 1907-ci ildə qurulmuş "Fənərbağça" var. Bunlar Türkiyənin ən köklü klubları və dünyadakı markasıdır. Bacardığmız qədər bu üç klubun dünyadakı yerini daha da möhkəmləndirməliyik. Mənim işim idman klubu qurmaq deyil".
Xatırladaq ki, "Medipol Başakşəhər"in prezidenti Göksel Gümüşdağ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın böyük qardaşı Həsən Gülbaranın qızı Müge ilə ailə həyatı qurub.