18.04.2019 12:01
557


Baş məşqçilik karyerası ərzində 2 dəfə Çempionlar Liqasının qalibi olan və beş dəfə də yarımfinal oynayan Pep Qvardiola "Mançester Siti"nin sükanı arxasında qitənin ən nüfuzlu klub turnirində uğur qazana bilmir. Cempion.az xəbər verir ki, təcrübəli mütəxəssis "şəhərlilərin" baş məşqçisi olduğu 3 mövsümdə 1/4 final mərhələsini keçə bilməyib. Qeyd edək ki, Qvardiola sonuncu dəfə "Bayer Münhen"i çalışdırarkən komandası ÇL-nin yarımfinal mərhələsində oynayıb.