çərşənbə axşamı, 08 iyul 2025

DİGƏR NÖVLƏR

“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri başa çatdı

18.04.2019 12:54 Oxundu 1520

Bakı İdman Sarayında Vətənimizin bütövlüyü uğrunda şəhid olan, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xatirəsinə həsr edilən beynəlxalq cüdo turniri keçirilib. Cempion.az xəbər verir ki,yarışın açılış mərasimində çıxış edənlər Aprel Döyüşlərinin Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən biri olduğunu söyləyiblər. Natiqlər Raquf Orucov və onun kimi Vətən yolunda şəhid olmuş digər qəhrəmanlarımızın əziz xatirəsinin hər zaman yad olunacağını vurğulayıblar. Sonra komanda yarışlarının final görüşləri keçirilib. Gürcüstan komandası 1-ci, "Judo 2012" klubu 2-ci, Qroznı və Mahaçkala komandaları 3-cü yerləri tutublar. Qaliblərə kubok, medallar və pul mükafatları təqdim olunub. Qeyd edək ki, "Raquf Orucov kuboku" beynəlxalq turnirində 4 ölkədən 13 komanda mübarizə aparıb.