çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

Azərbaycan XİN-dən Mxitaryanla bağlı AÇIQLAMA

19.04.2019 12:26 Oxundu 899

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) UEFA-nın "Arsenal" futbol klubunun emənistanlı futbolçusu Henrix Mxitaryanın Azərbaycan vizası almasına dəstək verməyə hazır olması məsələsinə münasibət bildirib. Cempion.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, idman siyasətdən kənardır. XİN-dən deyiblər: "Sorğunuza cavab olaraq bildirmək istərdik ki, idman siyasətdən kənardır". Xatırladaq ki, "Arsenal" Bakıda keçiriləcək Avropa Liqasının finalına vəsiqə qazanacağı halda UEFA Azərbaycan vizasının alınmasında erməni futbolçuya dəstək göstərməyə hazır olduğunu bəyan edib:  "UEFA üçün oyunçulara vizaların alınması məqsədilə assosiasiyalara, klublara və ya səfirliklərə dəstək məktubu göndərmək və onlara UEFA matçlarında iştirak imkanını vermək standart prosedurdur".