çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

Kipr Türk Cümhuriyyətinin futbolçuları Xankəndinə gəlir? - Komandaların SİYAHISI

19.04.2019 16:40 Oxundu 658

 


Xəbər verdiyimiz kimi, bu ilin 1-9 iyun tarixlərində işğal altında olan Dağlıq Qarabağda "beynəlxalq" futbol turniri təşkil olunacaq.
Cempion.az xəbər verir ki, "Avropa Kuboku -2019" adlanan bu turnir separatçı rejimləri, həmçinin tanınmayan ya da qismən tanınan ölkələri bir arada birləşdirən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən keçirilir.
Daha əvvəl ConİFA-də təmsil olunan 40 "ölkə" arasından Avropanı təmsil edən 12 "ölkə" "Avropa Kuboku -2019"da iştirak edəcəyini açıqlamışdı. Onların arasında Şimali Kipr Türk Cümhuriyyətinin də adı yer alırdı. Lakin, açıqlanan son məliumata görə Şimali Kipr Türk Cümhuriyyətinin futbol komandası Dağlıq Qarabağa gəlməyəcək. Şimali Kipr Türk Cümhuriyyətini Ukrayna ərazisində yaradılan qondarma Donetsk Xalq Respublikası əvəzləyib.
ConİFA-nın rəsmi saytında yer alan məlumatdan belə görünür ki, "Avropa Kuboku -2019"da iştirak edəcək komandalar 3 qrupda mübarizə aparacaq. Həmin komandalar bunlardı:
-ci qrup
- Artsax (Azərbaycan)
- Luqansk  (Ukrayna)
- Laplandiya (Finlandiya)
-ci qrup
- Abxaziya (Gürcüstan)
- Nitsa Qraflığı  (Fransa)
- Çameriya (Yunanıstan)
3 -cü qrup
- Padaniya (İtaliya)
- Donetsk (Ukrayna)
- Sardiniya (İtaliya)
4 -cü qrup
- Qərbi Ermənistan (Türkiyə)
- Sekelistan (Rumıniya)
- Cənubi Osetiya (Gürcüstan)
 Açıqlanan məlumatlardan belə görünür ki, "Avropa Kuboku -2019" çərçivəsində baş tutacaq oyunlar  Xankəndi, Ağdərə və Əsgəranda keçiriləck.
Qeyd edək ki, mərkəzi qərərgahı İsveçin Luleo şəhərində yerləşən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) 2013-cü ilin 7 iyun tarixində qurulub. Bugünə kimi müxtəlif futbol turnirlərinin təşkilatçısı olan bu qurumun tərkibində erməniləri təmsil edən iki komanda yer alır. Bunlardan biri "Dağlıq Qarabağ", digəri isə "Qərbi Ermənistan" adlanır. "Qərbi Ermənistan" komandası  Türkiyəyə ərazi iddiası irəli sürən bir qrup erməninin kağız üzərində qurduğu xəyali dövləti -  "Qərbi Ermənistan"ı təmsil edir.  
Xatırladaq ki, ConİFA tərəfindən təşkil olunan bundan əvvəlik - "Avropa Kuboku -2017" turniri 4-11 iyul 2017-ci il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində keçirilib.
Onu da bildirək ki, 2012-ci ildə təsis olunduğu deyilən "Artsax Futbol Federasiyası" 2014-cü ildən ConİFA-da təmsil olunur.