20.04.2019 15:10
574

Cempion.az qol.az-a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis “Marca”ya açıqllamasında “Barselona”nın mərhələ keçməsinin kapitan Lionel Messidən asılı olduğunu bildirib:
“Əgər Messi olmasa, “Liverpul” favoritdir. Ancaq Messi meydanda olsa... Messi Messidir. Onu meydanda qəfəsə salmaq mümkün deyil.
Messi topu alıb, fərdi oynasa, bitdiniz. Buna görə də heç vaxt Messiyə qarşı fərdi oynamaq taksikasını sevməmişəm”.
Qeyd edək ki, “Barselona” “Liverpu”u mayın 1-də qəbul edəcək. Cavab matçı isə mayın 7-də İngiltərədə olacaq.