çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

“Real”da 1.6 milyardlıq müqavilə

20.04.2019 16:38 Oxundu 586

“Real” texniki sponsoru “Adidas”la müqaviləni uzadıb.

Cempion.az “Marca”ya istinadən xəbər verir ki, yeni sözləşmə 12 illikdir.

Bu müddət ərzində Madrid klubunun 1.6 milyard avro qazancağı bildirilib. Bununla da, “Real” “Adidas”dan ən çox gəlir əldə edən klub olub.

Qeyd edək ki, Almaniya brendi ilə “Real”ın əvvəlki müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulmuşdu.