23.04.2019 13:13
555


AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqası, XXV tur
“Sumqayıt” – “Səbail” matçının 58-ci dəqiqəsində “Səbail” klubunun 33 №-li futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
“Qarabağ” – “Keşlə” matçında “Keşlə” klubunun baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunub.
“Sabah” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 56-cı dəqiqəsində “Sabah” klubunun 21 №-li futbolçusu Novruz Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
I Divizion, XXIII tur
“Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” və “Ağsu” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 5 №-li futbolçusu Xəyal Əmirli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunub.
“Keşlə-2” – “Zirə-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Şüvəlan” matçında “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 70-cı dəqiqəsində “Turan Tovuz” klubunun 14 №-li futbolçusu Eltay Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.