24.04.2019 10:15
584


"Milan" "Ayaks"ın futbolçusu Donni van de Beki heyətinə qata bilər. Cempion.az xəbər verir ki, İtaliya təmsilçisi gənc yarımmüdafiəçi üçün "Ayaks"a rəsmi təklif göndərib. "Qırmızı qaralar" van de Beki heyətinə qatmaq üçün 60 milyon avrosundan keçməlidir. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə van de Bek gələn mövsümdən "Milan"ın heyətində çıxış edəcək.