cümə axşamı, 09 aprel 2026

DÜNYA FUTBOLU

İngiltərədə müsəlman futbolçularla bağlı yeni QƏRAR

24.04.2019 15:13 Oxundu 591

İngiltərə Futbol Federasiyası "Uotford"la "Mançester Siti" arasında oynanılacaq Federasiya Kubokunun final matçı ilə bağlı diqqətəlayiq qərar qəbul edib.

Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, federasiya hər iki komandanın müsəlman futbolçularının dini inanclarına hörmət əlaməti olaraq, qələbəni qeyd edərkən şampan açmağı qadağan edib.

Yeni qərara əsasən, kuboku qazanan komanda qələbəni qeyd edərkən alkoqolsuz içkilərdən istifadə ediləcək.