26.04.2019 16:53
745

AFFA-nın baş katibi Elxan Məmmədov Moskva “Spartak”ının futbolçusu Ayaz Qulyevin Azərbaycan millisində oynaması perspektivi ilə bağlı fikirlərini bildirib.
Rusiyalı jurnalistlərlə söhbətində o deyib ki, Ayazın atası azərbaycanlıdır:
“Biz yaxşı tanışıq. Bir neçə il əvvəl görüşmüşük. Həmişə demişik ki, millinin qapısı Ayazın üzünə açıqdıq. Amma belə görünür ki, o, taleyini Rusiya millisinə bağlamaq istəyir. O ki qaldı Ayazın bir neçə gün əvvəl iştirakçısı olduğu insidentə, o, belə emosional hərəkətlərə yol verməməlidir". (Qol.az)